Efiopiyanın Oromiya regionunda hərbi helikopter qəzaya uğrayıb.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, hadisə nəticəsində 18 nəfər ölüb.
Onlardan 15-i hərbçi, üçü isə mülki vətəndaşdır.
Ölənlərdən ikisinin uşaq olduğu qeyd olunur.
Polis nümayəndəsi bildirib ki, helikopter ölkənin şərqində Dıre-Daua şəhərində havaya qalxıb. O, Debre-Zeyt yaşayış məntəqəsində Hərbi-Hava Qüvvələrinin bazasına uçurdu.
Hazırda mütəxəssislər qəzanın səbəblərini araşdırırlar.