Efiopiyanın Amhara bölgəsində sərnişin avtobusunun dərəyə yuvarlanması nəticəsində azı 28 nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Yerli polisdən verilən məlumata görə, yol-nəqliyyat hadisəsi avtobus Desse şəhərindən ölkənin paytaxtı Əddis-Əbəbə istiqamətində hərəkətdə olarkən baş verib.
Qeyd olunur ki, Efiopiyada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisələrinə tez-tez rast gəlinir. Mütəxəssislər bunu sürücülərin peşəkarlıq səviyyəsinin aşağı olması və nəqliyyat vasitələrinin texniki vəziyyətinin tələblərə cavab verməməsi ilə əlaqələndirirlər.