Əfqanıstan prezidenti Həmid Kərzayın helikopteri ölkənin paytaxtındakı aeroportun raket atəşinə tutulması nəticəsində yanıb.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə aeroportun hərbi hissəsinin komandiri Abdulla Vahab Vardak bildirib. Məlumata görə, helikopter uçuş zolağında olarkən raketə tuş gəlib.
Dövlət başçısının hücum zamanı helikopterdə olub-olmaması barədə məlumat yoxdur.
“Taliban” hərəkatı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
www.oxu.az