Əfqanıstanın paytaxtında ABŞ səfirliyinin yaxınlığında güclü partlayış baş verib.
Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu haqda “Reyter” agentliyi xəbər verir.
Ölkənin təhlükəsizlik xidmətinin əməkdaşı bildirib ki, partlayış NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının yerləşdiyi yerin yaxınlığında baş verib.
Bildirilir ki, partlayış terrorçu-kamikadze tərəfində xarici qüvvələrin konvoyun keçidi zamanı həyata keçirilib. Son məlumata görə, azı 4 nəfər həlak olub.
A.M.