Əfqanıstan Baş nazirinin müşaviri Nur Məhəmməd Arab ölkənin şimalında yerləşən Kunduz vilayətində naməlum şəxslər tərəfindən öldürülüb.
Bu barədə “Ariana” telekanalı yerli məmurlara istinadən öz “Twitter” səhifəsində məlumat yayıb.
Bildirilir ki, silahlı şəxslər müşaviri bazar günü güllələyiblər.
Hadisə zamanı onun mühafizəçilərindən biri yaralanıb.