Əfqanıstanın təhlükəsizliyi üzrə Milli direktorluğunun rəhbəri Məhəmməd Masum Stanekzay son bir həftədə 195 nəfər terroristin saxlandığını bəyan edib.
Oxu.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Məhəmməd Masum həmçinin “İnterkontinental” hotelin partlayışını hazırlayan beş şübhəlinin həbs edildiyini diqqətə çatdırıb: “Bununla belə bir şübhəli ölkə sərhədlərindən kənarda gizlənməyi bacarıb”.
Milli təhlükəsizlik xidmətinin rəhbəri bildirib ki, ölkənin xaricində mədrəsə şəbəkəsi (İslam təhsil müəssisələri) fəaliyyət göstərir, hansıki ora döyüşçülər üçün sığınacaqdır: “Bu yerlər həm də təlim düşərgələridir”.