Əfqanıstanın şimalındakı Cauzcan və Badaxşan əyalətlərində güclü qar yağması nəticəsində ən azı 16 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, dağ ərazilərində insanlar ətraf aləmdən təcrid olunublar, minlərlə heyvan tələf olub.
Yerli icra orqanları evakuasiya üçün imkanları olmadığını bildiriblər. Xilasedici əməliyyata Əfqanıstan ordusunun bölmələri cəlb edilib.
Yaxın günlərdə Əfqanıstanın şimalında yağıntılar davam edəcək. Bir sıra ərazilərdə temperatur mənfi 20 dərəcəyə qədər düşəcək.