Əfqanıstanın Host əyalətində yerləşən ABŞ hərbi bazasının yaxınlığında bomba partlayıb, ölənlər haqqında məlumat yoxdur.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Murabez Məhəmməd Zadran bəyanat verib.
Partlayıcı qurğu “Forward Operating Base Chapman” bazasının girişində işə düşüb,
“Bombanın partlamasına dair məlumatım var, amma ora çıxışımız yoxdur, bu səbəbdən də hadisənin təfərrüatları barədə informasiya ala bilmirik”, - Zadran deyib.
Əfqanıstanda ABŞ silahlı qüvvələrinin nümayəndəsi Uilyam Salvin bazaya hücum faktını təsdiqləyib.
Onun sözlərinə görə, zərərçəkənlər arasında Əfqanıstan vətəndaşları ola bilər. ABŞ hərbçiləri arasında yaralanan yoxdur.
N.О.
www.oxu.az