Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Əfqanıstanda kişilərə saqqalı qırxmaq və cins şalvar geyinmək qadağan edildi
Əfqanıstanda kişilərə saqqalı qırxmaq və cins şalvar geyinmək qadağan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" yazır.
Bildirilir ki, avqustun sonunda nəşr olunan qanunlar məcəlləsi qadınlar üçün bir çox qadağalarla yanaşı, kişilər üçün də məhdudiyyətlər tətbiq edib. Ölkədə qısa "Qərb" saç düzümü və yumruqdan qısa saqqal qadağan olunub.
Həmçinin, görünüş, geyim və davranış baxımından qeyri-müsəlmanları təqlid etmək, kişilərə arvadlarından və qohumlarından başqa qadınlara baxmaq qadağan edilib.
Yeni qanunlar əxlaq polisinə şübhəliləri üç günə qədər həbs etmək səlahiyyəti verib. Əgər pozuntu sistematik olarsa, günahkarlar şəriət qanunlarına əsasən mühakimə olunacaqlar. Cəzaların siyahısı cərimə və həbs müddətindən tutmuş, açıq şallaq və daşqalaq edilməyə qədər dəyişir.
"Əfqanıstan" teqi üzrə xəbərlər
- Əfqanıstanın din xadimləri qızların təhsilə cəlb olunması ilə bağlı çağırış ediblər
- Əfqanıstanda qadınlara görə evlərin quruluşu dəyişdirilir
- Pakistandan Əfqanıstana hava hücumu: Çoxlu sayda ölən var
- ABŞ-nin Əfqanıstandakı əsas uğursuzluğunun səbəbi məlum oldu
- İranın 20-yə yaxın əyalətinə əfqanların girişi qadağan edildi
Rəylər