Əfqanıstanın cənubunda yerləşən Ləşkərgah şəhərində terrorçu-kamikadzenin hücumu nəticəsində 30-a yaxın insan ölüb və yaralanıb.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Məlumata əsasən, partlayış polis bölməsinin yaxınlığında baş verib. Partlayışdan ən çox hadisə yerinin yaxınlığında yerləşən mədrəsənin tələbələri zərər çəkiblər.
Partlayışa görə məsuliyyəti "Taliban" qruplaşması üzərinə götürüb.
N.O.