Əfqanıstanın cənubundakı Qəndəhar vilayətində “Taliban” yaraqlılarının hücum üçün hazırladığı bomba yüklü maşın partlayıb.
Oxu.Az xəbər verir ki, partlayış nəticəsində 37 yaraqlı ölüb.
Qəndəhar Valiliyinin sözçüsü Əziz Əhməd Əzizi Qəndəharın Maruf rayonundakı “Taliban” təlim düşərgəsində hücum üçün hazırlanan bomba yüklü maşının zərərsizləşdirildiyini bildirib.
Əzizi deyib ki, yaraqlılar maşınla hərbi bazaya hücum etməyi planlaşdırıblar.
Oxu.Az yeniləndi!