Əfqanıstanın Loqar vilayətində ölkənin Silahlı Qüvvələrinə məxsus vertolyot qəzaya düşüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Tolo News telekanalının tvitter səhifəsində məlumat verilir.
Qəza nəticəsində 3 nəfər ölüb, daha bir nəfər isə yaralanıb.
Qəzanın səbəbləri barədə məlumat verilmir.