Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ekvadorda canlı yayımda teleaparıcılar girov götürüldülər - YENİLƏNİB + VİDEO
Ekvadorun hüquq-mühafizə orqanları çərşənbə axşamı “TC Televisión” telekanalının studiyasında silahlılar tərəfindən ələ keçirilən girovların əksəriyyətini azad edib.
Bu barədə ölkə prezidenti administrasiyasının rəsmi nümayəndəsi Roberto İsurieta Kanova məlumat verib.
“İndi əldə etdiyimiz məlumata əsasən, işçilərin böyük əksəriyyəti artıq buraxılıblar. Hesabatları gözləyirik. Bizim birinci vəzifəmiz hələ də TV kanalın obyektlərində girovluqda olan əməkdaşların həyatını qorumaqdır”, - deyə o bildirib.
Ekvador hakimiyyəti hələ ki, azad edilən və saxlanılan girovların sayı barədə dəqiq məlumat verməyib.
Quldurların zərərsizləşdirilməsi əməliyyatı davam edir. Hücum edənlərdən bir neçəsi saxlanılıb.
Mənbə: TASS
00:50
Silahlı şəxslər Ekvadorun “TC Televisión” telekanalının studiyasına daxil olaraq efirdə olan aparıcıları girov götürüblər.
Canlı yayımdan kadrlarda altı maskalı şəxsin yerə uzanmış kanalın əməkdaşlarına silah tuşladığı görünür.
Ekvador prezidenti Daniel Noboa təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda ölkədə “daxili silahlı münaqişə” rejimi elan edib. O, orduya Ekvadorun müxtəlif yerlərində silahlı hücumlar təşkil edən dəstələri zərərsizləşdirmək əmri verib.
Mənbə: TASS
"Ekvador" teqi üzrə xəbərlər
- Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var
- Həbsxanaya dronlu hücumun görüntüləri Ekvador hökumətinin yalanını ortaya çıxardı
- Ekvadorda prezident vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
- Zəlzələlərin "xəbərçisi" siyənək kralı balığı sahildə tapıldı: Ekvadorlular təşvişdə
- Doqquz Latın Amerikası ölkəsi Venesueladakı seçkinin nəticələrinə yenidən baxmağa çağırır
Rəylər