Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Ekvadorda cinayətkarlar futbolçunun arvadını və uşağını qaçırıb: İdmançı çarpayının altında gizlənib
Ekvadorda Cekson Rodriges adlı futbolçunun arvadı və beş yaşlı uşağı qaçırılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Associated Press" nəşri məlumat verib.
Məlumata görə, futbolçunun axtarışında olan naməlum şəxslər onun Quayakil şəhərindəki evinə soxulublar.
Polis rəisinin sözlərinə görə, "Emelek" klubunun 26 yaşlı müdafiəçisi ifadəsində bildirib ki, evinin pəncərəsindən insanların boz rəngli pikapda gəldiklərini görüb. Cekson Rodriges naməlum şəxslərin qapını qırmaq istədiklərini eşidəndə isə çarpayının altında gizlənib. Onu tapmayan cinayətkarlar arvadını və uşağını qaçırıblar.
"Ekvador" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti ekvadorlu həmkarına məktub ünvanlayıb
- Azərbaycana gətirilən 24 ton banan məhv edildi
- Ekvadorda prezident seçkisinin qalibi açıqlandı
- Ekvador ABŞ qoşunlarının gəlişinə hazırlaşır: Ölkə prezidenti Trampdan nə xahiş edib?
- Ekvador öz ərazisində ABŞ hərbi bazasının yerləşdirilməsində maraqlıdır
Ən çox oxunanlar