Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ekvadorda daha bir siyasətçi qətlə yetirilib
Ekvadorun “Vətəndaş İnqilabı” müxalifət hərəkatının üzvü Pedro Briones öldürülüb.
Məlumatı siyasətçinin partiyadakı tərəfdaşları ictimailəşdiriblər.
Siyasi qətl Ekvadorda prezidentlik yarışının başlamasına bir həftə qalmış törədilib.
Hələlik qətlin digər təfərrüatı açıqlanmır.
Xatırladaq ki, bu, Ekvadorda son həftədə öldürülən ikinci siyasətçidir.
Avqustun 10-da prezidentliyə namizəd Fernando Villavisensio qətlə yetirilmişdi.
Ekvadorda prezident seçkisi avqustun 20-nə təyin edilib.
Mənbə: Dw.com
Mövzuya aid xəbərlər
Ən çox oxunanlar
Rəylər