Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ekvadorda iğtişaşlar davam edir, ölənlər var - VİDEO
Ekvadorun Quayakil şəhərində baş verən iğtişaşlar nəticəsində azı on üç nəfər həlak olub.
“İnsidentlər başlayandan on nəfər ölüb, iki nəfər yaralanıb, iki avtomobil və iki motosiklet yandırılıb, bir polis əməkdaşı güllə yarası alıb”, - deyə təhlükəsizlik bölməsinin nümayəndəsi mətbuat konfransında bildirib.
Bələdiyyə sədri Aquiles Alvarez bildirib ki, gün ərzində cinayət və iğtişaşlarla bağlı 1900-dən çox məlumat daxil olub.
Ekvador prezidenti Daniel Noboa ölkədə “daxili silahlı münaqişənin” mövcudluğunu tanıyan fərman imzalayıb və 22 cinayətkar qrupun zərərsizləşdirilməsinə göstəriş verib. Bundan əvvəl Guayaquildəki bir studiyadan canlı yayım edən “TC Television” televiziya kanalının əməkdaşları girov götürülüblər.
Qeyd edək ki, yanvarın 7-də “Los Çoneros” dəstəsinin Fito ləqəbli lideri həbsxanadan qaçdıqdan sonra Ekvadorda təhlükəsizlik vəziyyəti daha da pisləşib. Bundan sonra bir neçə cəzaçəkmə müəssisəsində iğtişaşlar baş verib. Yanvarın 8-də Noboa ölkədə fövqəladə vəziyyət elan edib və komendant saatı tətbiq olunub.
Mənbə: TASS
"Ekvador" teqi üzrə xəbərlər
- Ekvadorda həbsxanada qiyam baş verib: Ölənlər var
- Həbsxanaya dronlu hücumun görüntüləri Ekvador hökumətinin yalanını ortaya çıxardı
- Ekvadorda prezident vitse-prezidenti dövlətə xəyanətdə ittiham edib
- Zəlzələlərin "xəbərçisi" siyənək kralı balığı sahildə tapıldı: Ekvadorlular təşvişdə
- Doqquz Latın Amerikası ölkəsi Venesueladakı seçkinin nəticələrinə yenidən baxmağa çağırır
Rəylər