Ekvadorun Strateji Kəşfiyyat Mərkəzinin baş direktoru Mikel Sensi-Kontuqi Keniyada helikopterin qəzaya uğraması nəticəsində həlak olub.
Oxu.Az bildirir ki, bu barədə "Ecuavisa" telekanalı hökumətdəki mənbələrə istinadən xəbər verib.
Ekvador Prezident Administrasiyası "X" sosial şəbəkəsində Sensi-Kontuqinin və onun həyat yoldaşı, dizayner və sahibkar Stefani Xollihanın həlak olduğunu təsdiqləyib, lakin onların ölüm şəraiti ilə bağlı təfərrüatı açıqlamayıb.
Qeyd edək ki, helikopter səhər saatlarında Ololokve dağı yaxınlığında qəzaya uğrayıb. Keniya hakimiyyəti göyərtədə yeddi nəfərin - bir pilot və altı əcnəbi turistin olduğunu bildirib. Onların hamısı həlak olub.