Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Əlcəzair prezidenti istefa verdi
Əlcəzairin 82 yaşlı prezidenti Əbdüləziz Buteflika vəzifəsindən istefa verdiyini elan edib.
RİA Novosti-nin verdiyi xəbərə görə, prezident Əbdüləziz Buteflika dövlət başçısı kimi səlahiyyətlərinin dayandırılması haqqında qərarını Konstitusiya şurasının rəhbərinə rəsmən bildirib.
Yaxın saatlarda Buteflikanın istefa qərarı ilə bağlı Konstitusiya şurasının iclası gözlənilir.
Qanunvericiliyə əsasən, prezidentin səlahiyyətlərini üç ay müddətinə şuranın spikeri icra edəcək.
Bu müddətdə isə ölkədə yeni prezident seçkiləri keçiriləcək.
Xatırladaq, Əlcəzairdə fevralın 22-dən bəri Buteflika hökumətinə qarşı irimiqyaslı aksiyalar keçirilib. Kütləvi etirazlardan sonra ölkə prezidenti beşinci müddətə prezidentliyə namizədliyini irəli sürməyəcəyinə söz vermişdi.
Hökumət narazılığa səbəb olan problemlərin aradan qaldırılması üçün ümummilli konfrans təşkil etməyi öhdəsinə götürmüşdü.
Rəylər