Əlcəzairin eyniadlı paytaxtında yerləşən uşaq evində baş verən yanğın nəticəsində 11 nəfər həyatını itirib, daha 20-yə yaxın şəxs isə müxtəlif xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Əlcəzairdə uşaq evində yanğın: 11 ölü, xeyli yaralı var - VİDEO
Xilasetmə qrupları uşaq evindən beş əlilliyi olan şəxsi təhlükəsiz əraziyə təxliyə ediblər.
Alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin başvermə səbəbləri, eləcə də zərərçəkənlərin kimliyi və yaşı barədə hələlik məlumat verilmir.
Qaynar xətt:
(055) 224 12 12