Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Əlcəzairdən Fransaya tələb: Siyahı təqdim olundu
Əlcəzair rəsmiləri müstəmləkəçilik dövründə ölkədən çıxarılan və geri qaytarılmalı olan mədəni sərvətlərin siyahısını Fransaya təqdim ediblər.
Məlumata görə, mədəni sərvətlərin siyahısı iki ölkənin tarixçilərinin birgə komissiyasının iclasında təhvil verilib.
Siyahıya müxtəlif Fransa muzeylərində saxlanılan artefaktlar daxildir. Onlar 1830-cu ildə Fransanın Əlcəzairi müstəmləkələşdirməsinin başlanğıcından 1962-ci ildə Müstəqillik Müharibəsinin sonuna qədər olan dövrdə ölkədən çıxarılıb.
Bu ayın əvvəlində Əlcəzair Prezidenti Əbdülməcid Təbbun bəyan etmişdi ki, "mədəni irs məsələsi güzəşt və kompromis mövzusu olmamalıdır". Onun sözlərinə görə, Əlcəzair bu məsələlərin "obyektiv baxılmasını" gözləyir.
Mənbə: TASS
"Əlcəzair" teqi üzrə xəbərlər
- Əlcəzair prezidenti: "Mədəniyyət iddiasında olan Fransanın törətdikləri necə kədərlidir"
- Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: "Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə"
- Əlcəzairli nümayəndə: "Fransa insanlığa qarşı cinayət törədib"
- İspaniya və Əlcəzair arasındakı sularda Rusiya gəmisi batdı
- Azərbaycanın sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşları saxlanılıblar