Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Latviya 34 rusiyalını ölkədən qovur
Latviyanın Vətəndaşlıq və Miqrasiya Məsələləri İdarəsi İmmiqrasiya Qanununa edilən dəyişikliklərin tələblərinə əməl etməyən və Latviyada yaşamaq icazəsi almaq üçün sənəd təqdim etməyən rusiyalıların ölkəni tərk etməsi ilə bağlı 34 sərəncam verib.
"Bu, düzəlişlər və tələblərlə bağlıdır. Hazırda biz məcburi deportasiya həddinə çatmamışıq, amma təbii ki, daha irəli gedəcəyik", - deyə daxili işlər naziri Rixard Kozlovskis bildirib.
Bildirilib ki, Latviya sərhədçiləri tərəfindən ümumilikdə 800-ə yaxın vətəndaş yoxlanılıb. Onlar Şengen zonasını tərk edən 600 nəfər haqqında məlumat alıblar. Daha 100 nəfər isə yaşayış yerində tapılmayıb. Bununla belə, onların ölkəni tərk etməsi ilə bağlı heç bir sübut da yoxdur.
Mənbə: Delfi.lv
"Deportasiya" teqi üzrə xəbərlər
- Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar
- Rusiyada yaşayan azərbaycanlıların NƏZƏRİNƏ: Bu gündən yeni sərtləşdirilmiş qaydalar qüvvəyə mindi
- Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir
- ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyə hazırlaşır
- Tramp ABŞ tarixində "ən böyük deportasiya"nı elan etdi