Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar](https://images.oxu.az/2025/02/07/ExvsqoOCe7IXgSEofC2cqnLWHAx3Y7gvmTkltfkA:1200.jpg)
Əllərində qandal, ayaqlarında zəncir: ABŞ-dən deportasiya olunanlarla təyyarədə qorxunc rəftar
40 saatlıq ABŞ-dən Hindistana deportasiya reysi zamanı 104 nəfər əl və ayaqlarından qandallı saxlanılıb.
Oxu.Az-ın CNN-ə istinadla verdiyi məlumata görə, bu barədə sərnişinlər danışıblar.
103 nəfərlə birlikdə Hindistana deportasiya edilən sərnişinlərdən 23 yaşlı Akaşdip Sinqhin sözlərinə görə, uçuşdan əvvəl onların əllərinə qandal, topuqlarına isə zəncir vurulub.
Sinqh bildirib ki, onların, hətta tualetə getmək və ya qidalanmaq üçün qandalların açılması xahişləri nəzərə alınmayıb.
Qadınların qandalları eniş zamanı, digər sərnişinlərin qandalları isə yerli polis əməkdaşları tərəfindən təyyarə yerə endikdən sonra açılıb.
35 yaşlı Sukpal Sinqh da bildirib ki, Quam adasında yanacaqdoldurma məntəqəsində dayanacaq zamanında da qandallar açılmayıb. Onun sözlərinə görə, kimsə ayaqlarının şişməsi səbəbindən ayağa qalxmağa cəhd edəndə mühafizə dərhal oturmağı tələb edib.
Qeyd edək ki, bu, ABŞ-dən deportasiya edilənlərlə bağlı ilk belə hal deyil. Belə ki, yanvarda Kolumbiyadan deportasiya edilənlər də qandallı şəkildə göndərilmişdilər. Bununla bağlı çəkilmiş fotolar Kolumbiya ilə ABŞ arasında mübahisəyə səbəb olub. Kolumbiya Prezidenti Qustavo Petro bu təcrübəni pisləyərək, miqrantlara cinayətkar kimi yanaşıldığını və deportasiya edilənlərin layiqli rəftara layiq olduğunu bildirib.
Həmçinin Braziliya Xarici İşlər Nazirliyi də öz vətəndaşlarının deportasiya şərtlərini alçaldıcı adlandıraraq pisləyib.
"ABŞ-də miqrantlar" teqi üzrə xəbərlər
- Məhkəmə Trampın vətəndaşlıqla bağlı fərmanının qüvvəsini qeyri-müəyyən müddətə dayandırdı
- ABŞ-də miqrantların ölkəyə girə bilməmələri üçün bəhanə tapılıb
- Los-Ancelesdə miqrantlar etiraz nümayişi keçiriblər
- Tramp 30 minə qədər miqrantın Quantanamoda saxlanılması haqqında sərəncam imzalayacaq
- ABŞ yüzlərlə azərbaycanlını deportasiya etməyə hazırlaşır