Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özeli məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə liderinin vəkili Hüseyn Aydın sosial media hesabında açıqlama verib.
Onun sözlərinə görə, Ərdoğan müxalifət liderindən 500 min lirə (təxminən, 20 183 manat) təzminat istəyir.
Türkiyə prezidentinin vəkili deyib ki, Özel dünən keçirilən mitinqdə Ərdoğanı hədəfə alıb və əsassız ittihamlar səsləndirib.
Bu səbəbdən Türkiyə prezidenti mənəvi təzminat iddiası ilə Ankara Baş Prokurorluğuna şikayət edib.
CHP Genel Başkanı Özgür Özel'in 5 Kasım 2025 tarihinde Ümraniye'de düzenlenen mitingte yaptığı konuşmada
— Hüseyin Aydın (@hsynaydn) November 6, 2025
Sayın Cumhurbaşkanımızı hedef alan yakışıksız ifadeleri ve mesnetsiz ithamları nedeniyle Ankara Asliye Hukuk Mahkemesinde 500 bin TL'lik manevi tazminat davası açılmıştır.…