Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özeli məhkəməyə verib.
Oxu.Az-ın "TRT News"a istinadən verdiyi xəbərə görə, prezident Özel haqqında 1 milyon lirəlik təzminat iddiası qaldıraraq, siyasi arenada yeni hüquqi prosesə start verib.
Prezident Ərdoğanın vəkili Hüseyn Aydın sosial şəbəkədə geniş açıqlama yayıb.
Aydın açıqlamasında CHP sədri Özgür Özelin 13 avqust 2025-ci il tarixdə Bayrampaşada keçirilən mitinqdə çıxışı zamanı prezidenti hədəf alan yersiz ifadələr və əsassız ittihamlar səsləndirməsi səbəbi ilə Ankara Asliye Məhkəməsində 1 milyon lirəlik mənəvi təzminat iddiası qaldırıldığını bildirib.
Bundan başqa, prezidenti təhqir etdiyinə görə Ankara Respublika Baş Prokurorluğuna cinayət işi açılıb.
CHP Genel Başkanı Özgür Özel'in 13 Ağustos 2025 tarihinde Bayrampaşa'da düzenlenen mitingte yaptığı konuşmada ve aynı gün Marmara Cezaevi çıkışında yaptığı basın açıklamasında;
— Hüseyin Aydın (@hsynaydn) August 14, 2025
Sayın Cumhurbaşkanımızı hedef alan yakışıksız ifadeleri ve mesnetsiz ithamları nedeniyle Ankara…