Roberto Mançininin agentləri 60 yaşlı mütəxəssisi "Spartak Moskva" klubunun baş məşqçisi vəzifəsinə təklif ediblər.
Oxu.Az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, daha əvvəl "qırmızı-ağlar"ın Deyan Stankoviçin istefası halında namizədləri nəzərdən keçirdikləri bildirilirdi.
İtaliyalı məşqçinin son iş yeri 2024-cü ilin oktyabrında tərk etdiyi Səudiyyə Ərəbistanı millisi olub.
Bundan əvvəl Mançini Rusiyada "Zenit"i çalışdırıb (2017-18). O, həmçinin İtaliya millisi, "İnter", "Qalatasaray", "Mançester Siti", "Latsio" və "Fiorentina"nın baş məşqçisi olub.