Türkiyə sürücü-mexanik tərəfindən idarə olunmayan yeni nəsil tanklar istehsal etmək niyyətindədir.
Oxu.Az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə lideri vurğulayıb ki, ölkə öz müdafiə sənayesini gücləndirməlidir.
Ərdoğanın sözlərinə görə, bu gün Türkiyədə yerli pilotsuz uçuş aparatları və tanklar istehsal olunur:
“Hazırda Afrindəki zirehli daşıyıcılarımızın hamısı özümüzündür. Bu pis qonşular bizi silahlı və silahsız pilotsuz uçuş aparatı (PUA) sahibi etdilər. Bu, adi hadisə deyil, özümüz istehsal etmiş olmasaydıq, yəni, bir dənə pilotsuz uçuş aparatı yerə düşsə, “nə olar”, - deyə düşünürdük.
Vura bilərsiz, vurun. Biz insansız, pilotsuz tanklar istehsal etmək vəziyyətinə gəlməliyik və bunu da edəcəyik”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az