Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ərdoğan: "Qərbin Rusiyaya münasibəti Ukrayna böhranını dərinləşdirir"
"Rusiya və Türkiyə mühakimələrə əsaslanan siyasət hazırlamır. Onlar münaqişəli vəziyyətlərlə bağlı danışıqlar zamanı məntiqlilik prinsipinə riayət edirlər".
Oxu.Az-ın "Newsweek"ə istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.
O, əlavə edib ki, bəzi məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Rusiya lideri Vladimir Putinlə dialoqu davam etdirmək istəyir:
"Təbii ki, biz cənab Putinlə hər şeydə razı deyilik. Lakin biz məsələləri bir-birimizlə müzakirə etmək və onların həlli yollarını konkret şəkildə araşdırmaq qabiliyyətindəyik".
Türkiyənin dövlət başçısı bəzi Qərb ölkələrinin Rusiyaya münasibətilə Kiyevin vəziyyətini daha da pisləşdirdiyini deyib.
"Ankara Ukrayna münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Mən yaranmış vəziyyəti "oda benzin tökməklə" pisləşdirən Qərb müttəfiqlərini başa düşmürəm. Bu, Ukraynaya xeyirdən çox ziyan gətirdi", - deyə Türkiyə lideri vurğulayıb.
Ərdoğan, həmçinin bəyan edib ki, NATO-nun Moskva və Kiyev arasındakı münaqişəyə münasibətdə indiki kursu nəzarətsiz eskalasiyaya və blokun Rusiya ilə toqquşmasına gətirib çıxara bilər.
Ərdoğan Türkiyənin NATO-ya üzv olmasına baxmayaraq, bunun onun Çin və Rusiya kimi ölkələrlə müsbət münasibətlər qurmaq, BRICS və ŞƏT ilə əməkdaşlıq etmək qabiliyyətinə mane olmadığını deyib.
"Biz ŞƏT-i NATO-ya alternativ hesab etmirik və BRICS-i hər hansı digər struktura alternativ kimi görmürük. Biz üzvü olduğumuz bütün strukturlarda etibarlı tərəfdaş mövqeyimizi qoruyub saxlayırıq və möhkəmləndiririk. Məhz buna görə də NATO üzvü olaraq ŞƏT, BRICS, Aİ və ya Türk Dövlətləri Təşkilatı ölkələri ilə qarşılıqlı əlaqəni problem hesab etmirik", - deyə Ərdoğan qeyd edib.
Rəylər