Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balıkesir vilayətinin Sındırqı rayonunda baş vermiş 6.1 maqnitudalı zəlzələ ilə bağlı açıqlama verib.
Oxu.Az bildirir ki, Türkiyə lideri "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda zəlzələdən zərərçəkən vətəndaşlara keçmiş olsun diləklərini çatdırıb.
"Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) başda olmaqla bütün qurumlarımız ərazidə araşdırma və nəzarət tədbirlərini diqqətlə həyata keçirirlər. Prosesi yaxından izləyirik. Allah ölkəmizi və milllətimizi hər cür bəladan qorusun", - deyə prezidentin paylaşımında vurğulanır.
Balıkesir’in Sındırgı ilçesinde meydana gelen ve çevre illerimizde de hissedilen depremden etkilenen vatandaşlarımıza geçmiş olsun dileklerimi iletiyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 27, 2025
AFAD’ımız başta olmak üzere ilgili birimlerimiz sahada inceleme ve kontrol çalışmalarını titizlikle sürdürmektedir. Biz de…