2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğla vilayətinin Marmaris rayonunda saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
15 Temmuz Hain Darbe Girişiminde Marmaris’te Sayın Cumhurbaşkanımıza suikast girişiminde bulunan teröristler arasında yer alan ve 10 yıldır Kırmızı Bültenle aranan FETÖ mensubu terörist B.K., Afyonkarahisar’da yakalandı.
— T.C. İçişleri Bakanlığı (@TC_icisleri) August 1, 2026
Emniyet Genel Müdürlüğü İstihbarat Başkanlığı… pic.twitter.com/TAsdqc4ZUx
Təhlükəsizlik Baş İdarəsinin Kəşfiyyat bölümünün rəhbərliyi altında Eskişehir və Afyonqarahisar vilayətlərinin polis kəşfiyyat, eləcə də Afyonqarahisar polisinin terrorizmlə mübarizə şöbələrinin ortaq şəkildə apardığı izləmə və təhlil tədbirləri sayəsində həmin şəxsin gizləndiyi ünvan aşkar olunub.
Qeyd olunub ki, saxlanılan şəxs on ildir "qırmızı bülleten"lə axtarışda olan FETÖ üzvüdür. O, 37 nəfərdən ibarət olan qrupun axtarışda olan sonuncu üzvü idi.