Ermənistanda elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı etiraz edənlər ölkə prezidenti Serj Sarkisyana məktub ünvanlayıblar.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, etirazçılar elektrik enerjisinin qiymətinin bahalaşmasına dair qəbul edilmiş qərarın ləğv edilməsi tələb edirlər.
Xatırladaq ki, Ermənistanda aksiyalar hökümət tərəfindən elektrik enerjisinin 16% qaldırıldıqdan sonra başlayıb.
Etirazçılar elektrik enerjisi tariflərinin artımı haqqında qərarın avqustun 1-dək ləğv edilməsini tələb edirlər.