Venesuelalı beysbolçu Aleks Romero ölkənin Professional liqasının oyunu zamanı rəqibini dəyənəklə vurub və kütləvi davanın yaranmasına səbəb olub.
Video “Sky Sports”un “Instagram ” səhifəsində yerləşdirilib.
Посмотреть эту публикацию в InstagramOyun zamanı pitçer Angel Nesbitt topla yüngülcə Romeroya vurub. Bundan əsəbiləşən venesuelalı yanında dayanan ketçer Qabriel Linonu dəyənəklə vurmağa başlayıb. Məsələyə hər iki komandanın oyunçuları da qatılmalı olub və beləliklə, kütləvi dava qızışıb.
“The Sun”ın məlumatına əsasən, baş verənlər bütün oyun ərzində get-gedə güclənən münaqişənin nəticəsi idi. Qeyd edilir ki, davaya görə altı oyunçu meydandan kənarlaşdırılıb.
"Venesuela" teqi üzrə xəbərlər
- Venesuela İngiltərədən milyardlarla dollarlıq qızılı geri istəyir
- Donald Tramp: "Venesuela 51-ci ştat olacaq - qənimət qalibə məxsusdur" - Video
- Tramp Venesuelanın ona göndərdiyi bahalı hədiyyəsindən danışdı
- Trampdan Kubaya mesaj: "İrandan sonra sizinlə məşğul olacağıq"
- ABŞ-də Nikolas Maduroya işgəncə ittihamları irəli sürüldü
Digər xəbərlər