Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Estoniya Baş naziri Kallas və hökuməti istefa verib
Estoniya Baş naziri Kaya Kallas və ölkənin hökuməti istefa verib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ERR portalı məlumat yayıb.
Bildirilir ki, ölkə hökuməti növbədənkənar iclasa toplaşıb və bu qərar elan edilib. Onlar yeni kabinetin vəzifəyə başlamasına qədər işlərini davam etdirəcəklər.
Kallas istefa ərizəsini Prezident Alar Karisə təqdim edib. O, həmçinin yeni kabinetin yaxın zamanda formalaşdırılacağına ümid etdiyini bildirib.
Kallasın vəzifəsindən getmək niyyəti barədə Estoniya KİV iyulun 12-də məlumat vermişdi.
Bu qərarın səbəbi kimi onun Jozep Borrelin yerinə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə namizədliyi göstərilir. Estoniya hökumətinin başçısı vəzifəsini Estoniyanın iqlim məsələləri üzrə naziri Kristen Mixal tuta bilər.
"Estoniya" teqi üzrə xəbərlər
- Estoniyada Rusiya sərhədləri yaxınlığında NATO-nun əsas təlimləri başlayır
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- UEFA Millətlər Liqası: Azərbaycan-Estoniya matçı qolsuz başa çatdı
- UEFA Azərbaycan seçməsinin Millətlər Liqasındakı rəqibini 10 min avro cərimələyib - SƏBƏB
- Estoniya Xarici İşlər Nazirliyi rusiyalı diplomata nota verdi
Rəylər