Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Estoniya Xarici İşlər Nazirliyi rusiyalı diplomata nota verdi
Estoniya Xarici İşlər Nazirliyi Rusiyanın respublikadakı müvəqqəti işlər vəkili Lenar Salimullini çağırıb və ona Narva çayının farvateri boyu (su məkanının kifayət qədər dərin və gəmilərin keçməsi üçün təhlükəsiz hissəsi - red.) sərhədin keçməsi ilə bağlı Moskvanın mövqeyi ilə razılaşmadığına dair nota təqdim edib.
Bu barədə Oxu.Az ERR portalına istinadən xəbər verir.
Bildirilir ki, vəkilin çağırılmasına səbəb, Estoniya hakimiyyətinin iddialarına əsasən, bu ilin mayında Rusiya tərəfinin sərhəd şamandıralarını (buoy - red.) yığışdırması olub.
"Onilliklər ərzində indiyə qədər mövcud olan təcrübəyə əsasən, hər iki tərəf farvaterin hazırkı kursu (istiqaməti - red.) və buna müvafiq olaraq da Estoniya və Rusiya arasında müvəqqəti nəzarət xəttinin yerləşməsi ilə razılaşmışdılar. Bundan əlavə, bu, Narva çayında bütün gəmilər üçün aydın və təhlükəsiz hərəkət zonaları yaratmağa imkan vermişdi", - deyə Estoniya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Tallin iddia edir ki, farvaterin dəqiqləşdirilməsi üçün Moskva çayın dibini ölçməkdən imtina edib. Müəlliflər qeyd ediblər ki, ölkələr, görünür, Estoniya və Rusiya arasında nəzarət xəttinin əsasını təşkil edən farvaterin istiqaməti ilə bağlı müxtəlif anlayışlara malikdirlər.
"Estoniya" teqi üzrə xəbərlər
- Estoniyada Rusiya sərhədləri yaxınlığında NATO-nun əsas təlimləri başlayır
- Mariya Zaxarova: "NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətlə nəticələnəcək"
- UEFA Millətlər Liqası: Azərbaycan-Estoniya matçı qolsuz başa çatdı
- UEFA Azərbaycan seçməsinin Millətlər Liqasındakı rəqibini 10 min avro cərimələyib - SƏBƏB
- Estoniya Rusiya ilə su sərhədində sədd çəkəcək
Rəylər