Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Everestdə buzlaqların əriməsi nəticəsində yüzlərlə alpinistin meyiti tapıldı
Dünyanın ən hündür dağının yamaclarında buzlaqların kütləvi şəkildə əriməsi nəticəsində Everestə qalxarkən həlak olan yüzlərlə alpinistin meyiti aşkarlanıb.
Qeyd olunub ki, ölənlərin qalıqlarını dağdan endirmək üçün nepallı alpinistlər və hərbçilər əməliyyat həyata keçiriblər.
Məlumata görə, 30-a yaxın hərbi alpinistdən ibarət komanda yalnız beş nəfərin meyitini çıxara bilib, lakin buzluqların altında hələ yüzlərlə qalıq var.
1920-ci illərdə Everestə ilk yüksəlişlər başlayandan bəri 2024-cü ildə səkkiz alpinist də daxil olmaqla 300-dən çox insan həlak olub. Onların əksəriyyəti səkkiz min metrdən başlayan ölüm zonasında həlak olublar.
Mənbə: The Japan Times
"Everest zirvəsi" teqi üzrə xəbərlər
- Alimlərdən xəbərdarlıq: Everest buzlağının əriməsi milyonlarla insanı susuz qoyacaq
- Nepalda Everestə qalxma haqqı 15 min dollara çatdı
- Dörd Everest boyda meteorit zərbəsi Yerdə həyatın təkamülünü sürətləndirdi
- 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu
- Britaniyalı evindən çıxmadan Everesti fəth etdi