Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fələstin Qəzzadakı bütün xəstəxanaların 48 saat ərzində bağlanacağını bəyan etdi
Qəzzada fəaliyyət göstərən bütün xəstəxanalar yardım göstərilməzsə, 48 saat ərzində bağlanacaq.
Bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.
“Əgər kömək gəlməsə, Qəzza zolağındakı bütün xəstəxanaların işi yaxın 48 saat ərzində dayandırılacaq”, - deyə nazirlik nümayəndəsi qeyd edib.
Qeyd edək ki, daha əvvəl Qəzza zolağında xəstəxanaların dərman, tibbi avadanlıq və generatorlar üçün yanacağa kəskin ehtiyacı olduğu bildirilib. Fələstin Qızıl Aypara təşkilatı isə Qəzza zolağında ən azı 22 xəstəxananın (mövcud 35 xəstəxanadan) fəaliyyətini dayandırdığını nəzərə çatdırıb.
Mənbə: TASS
"Fələstin" teqi üzrə xəbərlər
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
- Türkiyəli professor: "HƏMAS uzun illər Yaxın Şərq və Fələstin siyasətində ən mühüm aktor olacaq"
Ən çox oxunanlar
Rəylər