43 yaşlı Amerika rəssamı, karikaturaçı və multiplikator Nina Paley internetdə Qüdsal torpaqlar uğrunda gedən müharibənin tarixini qısa şəkildə əks etdirən video yayıb.
Cəmi 3 dəqiqə 32 saniyə çəkən film “Mənim torpağım” (This land is mine) adlanır. Bu ad Nina Paley Ernest Qoldun və Pet Bunun “Exodus” filminin leytmotivi olan eyniadlı mahnıdan mənimsənilib.
Endinin Uilyams “sevgi məkanı, arzuolunan diyar” sözlərini oxuduğu zaman çəkilmiş personajlar – yunanlar, romalılar, ərəblər, türklər, səlcuqlar – bu torpağa sahib olan hər kəs bir-birini öldürür.