Fələstində Qüdsün, İordan çayının qərb sahilinin və Qəzza zolağının sərhədyanı rayonlarında cümə namazından sonra keçirilən etiraz aksiyasına hərbçilərin müdaxiləsi nəticəsində yaralananların sayı 233 nəfərə çatıb.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bunu Fələstin həkimləri bildiriblər.
İsrail hərbçilərinin hesablamasına əsasən, İordan çayının qərb sahilində keçirilən etiraz aksiyasında 3 min nəfər, Qəzza zolağının sərhəd rayonunda isə bir neçə yüz nəfər iştirak edib.
Məlumata görə, İordan çayının qərb sahili və Qüdsdə 217 nəfər, Qəzza zolağında isə 16 nəfər yaralanıb.
N.O.