Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Fələstinin baş naziri hökumətin istefa verəcəyini açıqlayıb
Ramallahda hakimiyyətdə olan Fələstin hökuməti bazar ertəsi istefa verəcək.
Bu barədə prezident Mahmud Abbasın administrasiyası məlumat yayıb.
Məlumata görə, baş nazir Məhəmməd Ştaye istefa ərizəsini Fələstin liderinə təhvil verəcək, lakin onun kabineti yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək.
Qeyd olunur ki, prezident Abbas bu addımı bəzi regional oyunçuların və ABŞ-nin ona göstərdiyi təzyiqlərə görə atır.
“Hökumətin istefası Qəzza zolağında müharibəyə son qoymaq üçün davam edən vasitəçilik səyləri, işğalçı qüvvələrin çıxarılması və Fələstin anklavındakı blokadanın götürülməsi üçün beynəlxalq təminatların verilməsi ilə bağlıdır”, - o vurğulayıb.
Bildirilir ki, növbəti addım HƏMAS hərəkatı da daxil olmaqla, yeni hökumətin formalaşmasına qədər bütün Fələstin qruplarının iştirakı ilə milli konsensusa nail olmaq olacaq.
Mənbə: TASS
"Fələstin" teqi üzrə xəbərlər
- Bəzi regionlardan ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyuldu
- "İraq İslam Müqaviməti" hərəkatı üç dəfə İsrail hədəflərinə hücum edib
- İsrail müharibənin mərkəzini Qəzzadan Livana dəyişir: "Qarşıdurma qaçılmaz olacaq"
- Fələstin prezidenti Qəzzaya buraxılmadı
- Suriya fələstinlilər üçün viza tələbini ləğv etdi
Rəylər