Ölkəsinə Paris Olimpiadasında iki qızıl medal qazandıran filippinli gimnast Edriel Karlos Yulo uğurlu nəticəyə görə hökumətdən ev və ömürlük ramen (buğdadan hazırlanmış yapon əriştə şorbası) qazanıb.
Oxu.Az bu barədə NBC telekanalına istinadən xəbər verir.
Bundan əlavə, 24 yaşlı idmançı Filippin İdman Komissiyasından 173 min ABŞ dolları, yaşadığı ştatın Nümayəndələr Palatasından 52 min ABŞ dolları məbləğində pul mükafatı alacaq.
Həmçinin Karlos Yulo 45 yaşından etibarən kolonoskopiya və qastroenterologiya üzrə ömür boyu pulsuz müalicə almaq imkanı əldə edib.