Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İran-İsrail müharibəsi başlayarsa, Səudiyyə Ərəbistanı hansını qoruyacaq?
"İran Səudiyyə Ərəbistanı və İordaniya da daxil olmaqla, qonşu ölkələrlə koordinasiyalı şəkildə hərəkət edir və onun raketlərinin bizim hava məkanımıza daxil olması gözlənilmir".
Oxu.Az-ın Mignews.com-a istinadən məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanı sarayından olan mənbə xəbər verib.
"Biz əvvəllər də bildirmişdik ki, Səudiyyə Ərəbistanı öz hava məkanına daxil olan istənilən raketin qarşısını alacaq və iranlılar da bunu başa düşdülər. Əgər bu baş verərsə, biz, təbii ki, apreldə olduğu kimi, bunun qarşısını alacağıq", - deyə mənbə bildirib.
Qeyd edək ki, ərəb mənbələrinə görə, apreldə İran hücumunun qarşısının alınmasında Səudiyyə Ərəbistanı da iştirak edib.
Apreldəki hücumdan sonra "Wall Street Journal"da dərc olunan xəbərə görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ABŞ ilə mühüm kəşfiyyat məlumatlarını paylaşıblar ki, bu da İranın İsrailə qarşı raket və pilotsuz təyyarə hücumunun qarşısını almaqda böyük köməklik göstərib.
Bildirilib ki, hər iki Körfəz ölkəsi regionda İran oxu ilə Qərb oxu arasında mübarizə çərçivəsində öz maraqlarını qorumağa çalışır - bir tərəfdən, Vaşinqtonla yaxşı münasibətləri qoruyub-saxlayır, digər tərəfdən də Tehranı qıcıqlandırmamağa səy göstərir.
"İran" teqi üzrə xəbərlər
- İranın Əfqanıstanla sərhəddə inşa etdiyi təhlükəsizlik divarının görüntüləri yayıldı
- İranda universitetdə Azərbaycan türkcəsi təliminə məhdudiyyət qoyulub
- Türkiyə bayraqları ilə gözdağı, Hələbdən başlanan qanlı yol - Suriyanın gələcəyi necə olacaq?
- Tehranda 8 siyasi məhbus ölüm və həbs cəzasına məhkum edilib
- Pezeşkiandan İranda benzin böhranı ilə bağlı xəbərdarlıq
Rəylər