Finlandiyada işsizlərin sayı mütəmadi olaraq artır.
Oxu.Az xəbər verir ki, bu məlumatı "Bloomberg" agentliyi yayıb.
Agentlik Finlandiyanın Statistika İdarəsinin rəsmi rəqəmlərinə əsaslanır. Verilən statistikaya əsasən, 15-74 yaş aralığında olan vətəndaşlar arasında işsizlik səviyyəsi may ayı üzrə 10.8%-ə çatıb. Bu rəqəm aprel ayı ilə müqayisədə 0.1 faiz bəndi daha yüksəkdir. Eyni zamanda, aprel ayındakı nəticələr ən azı 2000-ci ildən bu yana qeydə alınan ən böyük göstərici kimi tarixə düşüb.
Məlumata görə, koronavirus pandemiyasından sonra Finlandiyanın iqtisadi bərpası Avropa ölkələri arasında ən zəif tempi nümayiş etdirib.
Vəziyyəti Yaxın Şərqdəki müharibə ilə bağlı geosiyasi qeyri-müəyyənlik çətinləşdirir. Avrostatın (Avropa Statistika Bürosu) hesabatına görə, hazırda Avropa İttifaqı daxilində ən yüksək işsizlik həddi məhz Finlandiyada müşahidə olunur.