Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransada fermerlər ayağa qalxdılar, qonşu ölkələrə gedən yollar bağlandı
Fransada fermerlər aksiya keçirirlər. Onlar Parisin yaxınlığında İspaniya sərhədinə gedən yolu traktorlarla bağlayıblar.
Oxu.Az-ın BFMTV telekanalına istinadla verdiyi məlumata görə, bu barədə fermerlərin Həmkarlar İttifaqı xəbər yayıb.
Bildirilib ki, bundan başqa Parisin şərqində Almaniya sərhədinə gedən RN4 yolunda da nümayiş keçirilir.
Həmkarlar ittifaqları ölkəyə məhsul idxalına nəzarətin gücləndirilməsini tələb edirlər. Fransalı fermerlər tələbləri yerinə yetirilməyəcəyi təqdirdə Parisə girişi bağlayacaqları barədə ultimatum veriblər.
Həmkarlar ittifaqları Fransa baş naziri Fransua Bayru və kənd təsərrüfatı naziri Anni Jenevar ilə görüş baş tutmasa, fermerləri Parisi "bağlamağa" çağırır.
Eyni zamanda, "Kənd Koordinasiyası"na üzv olmayanlar da bütün fermerlərlə birləşməyə çağırılıblar.
"Fransada etirazlar" teqi üzrə xəbərlər
- Fransız fermerləri etirazlarla hədələyiblər
- Olimpiadanın açılışı ərəfəsində Paris zibillə doldu
- Rusiyalı tarixçi Makronun siyasəti haqqında: "Bu, tam bir iflas və uğursuzluqdur"
- Fransada etirazlar davam edir: Polislər səfərbər edildilər
- Azərbaycan XİN: "Fransada dinc etirazçılara qarşı həddindən artıq güc tətbiqi qəbuledilməzdir"
Rəylər