ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel onun alkoqol problemləri haqqında yazan "The Atlantic" jurnalını məhkəməyə verib. Büro rəhbəri nəşrdən 250 milyon dollar mənəvi təzminat tələb edir.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
İddia ərizəsində deyilir ki, jurnal "faktiki bəd niyyətlə" hərəkət edib. FTB rəhbərinin vəkili, həmçinin iddia edir ki, "The Atlantic" K.Patelə materialda dərc olunmuş məlumatlarla bağlı sualları cavablandırmaq üçün lazımi vaxt verməyib.
Qeyd edək ki, aprelin 17-də "The Atlantic" Ağ Evdəki mənbələrə istinadən K.Pateldə spirtli içkilərlə bağlı problemin müşahidə olunduğunu yazmışdı. Məmurlar jurnala bildiriblər ki, K.Patelin bu problemi ABŞ Prezident Administrasiyasını narahat edir.