G20 ölkələrinin liderləri terrorizm üzrə müştərək qətnamədə aviasiya təhlükəsizliyinin möhkəmləndirilməsinin üzərində bərabər işləmək niyyətini bəyan ediblər.
“Biz qlobal aviasiya təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində bərabər işləyəcəyik”, - qətnamənin qaralamasında deyilir, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Xatırladaq ki, Rusiya və sovet aviasiyasının tarixində ən böyük qəza oktyabrın 31-də baş verib. Şarm-əl-Şeyxdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus Airbus A321 təyyarəsi Misirdə Sinay yarımadasında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 217 sərnişin və 7 heyət üzvü həlak olub.