Venesuelada baş verən qarşıdurma zamanı model Genesis Karmonanın güllələndiyi və komada olduğu barədə xəbər vermişdik.
Oxu.Az Axşam.az-a istinadən xəbər verir ki, 22 yaşlı modelin həyatını xilas etmək mümkün olmayıb. O, başından aldığı güllə yarası ucbatından xəstəxanada dünyasını dəyişib.
11:16
Venesuelada “Miss Tourism Carabobo 2013” gözəllik müsabiqəsinin qalibi Genesis Karmona müxalifətin etiraz aksiyasında ağır yaralanıb.
Oxu.Az Milli.Az-a istinadən bildirir ki, Karabobo ştatının inzibati mərkəzi olan Valensiya şəhərindəki nümayiş zamanı Genesis Karmona başından güllə yarası alıb.
21 yaşlı Karmonanın da qatıldığı nümayiş bir dəstə silahlı şəxslə toqquşma ilə başa çatıb.
El Universal-ın məlumatına görə, Genesis Karmona ilə bərabər 7 nəfər də yaralanıb.
Yerli Texnologiya Universitetinin tələbəsi G.Karmona hazırda Valensiya şəhər hospitalının intensiv terapiya bölməsindədir. Ötən gecə cərrahiyyə əməliyyatına məruz qalmış H.Karmonanın vəziyyəti kritik olaraq qalır.
Venesuelada iqtidara qarşı olan etiraz aksiyalarında 3 nəfər həlak olub, onlarla yaralı var.