Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Günəşdə güclü partlayış baş verib
Günəşdə sondan əvvəlki güc sinfinə aid partlayış qeydə alınıb.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"Mayın 12-də Moskva vaxtı ilə saat 3:01-də (Bakı vaxtı ilə 4:01) 4079 (N08W89) günəş ləkələri qrupunda rentgen diapazonunda 11 dəqiqə davam edən M1.9 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.
Monitorinq məlumatlarına əsasən, son 24 saat ərzində Günəş rentgen partlayışlarının Yerin ionosferinə təsir səviyyəsi R1-ə (zəif), Yerin maqnit sahəsinin dalğalanma dərəcəsi isə G1-ə (zəif) çatıb.
Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində 1 kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.
"Geomaqnit qasırğası (fırtınası)" teqi üzrə xəbərlər
- Yer kürəsində maqnit qasırğası başlayıb
- Yer kürəsi rekord təsir altında: Maqnit qasırğası 50 saatdan çoxdur davam edir
- İki gün ardıcıl maqnit qasırğası olacaq
- İyun ayı üçün maqnit qasırğası təqvimi: Ən təhlükəli tarixlər hansılardır?
- Yerdə çox güclü geomaqnit qasırğası müşahidə edilir: Rabitədə problemlər ola bilər