Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Səhiyyə Nazirliyi: "Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır"
"Plastik cərrahiyyə üzrə klinik protokollar hazırlanır".
Oxu.Az xəbər verir ki, bu barədə Teleqraf.com-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
"Səhiyyə Nazirliyi Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzindən verilən məlumata görə, hazırda klinik protokolların hazırlanması üzərində işlər aparılır. Protokolların bir qisminin cari ilin sonunadək yekunlaşdırılması və təsdiq edilməsi nəzərdə tutulub", - məlumatda deyilib.
Qeyd edək ki, ötən il Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən bildirilmişdi ki, plastik cərrahiyyə və oftalmologiya üzrə klinik protokollar yoxdur.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- ADSEA-nın səlahiyyət dairəsi genişləndirildi
- "Böyük Qayıdış"la sağlam gələcək: Səhiyyə Nazirliyinin səyyar tibbi aksiyaları Xankəndi və Xocalıda
- Məşhur plastik cərrahdan şikayət: "Məni üç dəfə əməliyyat edib pis vəziyyətə qoydu"
- Tanınmış cərrahın xəstələrdən pul tələb etdiyi iddia olunur - TƏFƏRRÜAT
- Mövsümi allergiya astmaya səbəb ola bilərmi?