Gürcüstan Prezidenti Salome Zurabişvili parlamentin qəbul etdiyi "Amnistiya haqqında" qanunu imzalayıb.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 17-də qəbul edilmiş qanun layihəsinə əsasən, amnistiya Gürcüstanda 5 mindən çox məhbusu əhatə edəcək, onlardan mindən çoxu dərhal azadlığa buraxılacaq, digərlərinin isə həbs müddəti azaldılacaq.