Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Heydər Məmmədli: "Qələbəmizi şəhid ailələrinə, qazilərimizə və xalqımıza həsr edirik"
Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu Ermənistan təmsilçisinə qarşı keçirib. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.
Bu barədə Oxu.Az-a açıqlama verən Azərbaycan millisinin voleybolçusu Heydər Məmmədli Ermənistan seçməsinə qalib gəldikləri üçün sevincli olduqlarını bildirib.
"Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edirik. Çox möhtəşəm yarış təşkil olunub. İlk oyunumuz Ermənistan seçməsinə qarşı oldu və ilk anlardan üstünlüyü ələ keçirməyə başladıq. Üzərimizdə çox ağır məsuliyyət var idi ki, Ermənistan komandasını mütləq şəkildə məğlub etmək lazımdır. İlk set başlar-başlamaz üstünlüyü ələ keçirdik və 21:15 hesabı ilə qalib gəldik. İkinci seti isə 21:13 hesabı ilə məğlub etdik. Komanda yoldaşım Nəriman Bayramlıya təşəkkür edirəm ki, gənc olmasına baxmayaraq öz köməyini əsirgəmədi. Bu oyun sayəsində də Ermənistan komandasını məğlub etdik. Sevincimizin həddi-hüdudu yoxdur. Qələbəmizi şəhid ailələrinə, qazilərimizə və xalqımıza həsr edirik", - deyə Heydər Məmmədli bildirib.
Gürcüstanın Tbilisi şəhərində təşkil olunan Çimərlik voleybolu üzrə Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən kişilərdən ibarət komandamız bu gün ilk oyununu keçirib.
Oxu.Az xəbər verir ki, komandamızın rəqibi Ermənistan təmsilçisi olub. Heydər Məmmədli/Nəriman Bayramlı cütü hər iki hissəni üstün başa vuraraq 2:0 (21:15, 21:13) hesabı ilə qalib qəlib.
Qeyd edək ki, voleybolçularımızın növbəti rəqibi Ukrayna təmsilçiləri olacaqlar.
Rəylər