Çimərlik voleybolu qum örtüklü meydançada komandalar arasında oynanan və dünya üzrə geniş yayılmış idman növlərindən biridir.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, bu idman növü yüksək çeviklik, dözümlülük, sürətli qərarvermə və komanda işini tələb edir.
Dinamik və tamaşaçılar üçün maraqlı olması çimərlik voleybolunun populyarlığını daha da artırır.
O, 1996-cı ildən etibarən Olimpiya Oyunlarının proqramına daxil edilib və beynəlxalq səviyyədə nüfuzlu yarışlarla təmsil olunur. Azərbaycanda da çimərlik voleybolunun inkişafına xüsusi diqqət yetirilir.
Bu məqsədlə qadınlardan və kişilərdən ibarət milli yığma komandaların məşqləri müasir idman infrastrukturu ilə seçilən Su İdmanı Sarayında keçirilir.
Burada yaradılmış şərait idmançıların peşəkar hazırlığına, beynəlxalq yarışlara yüksək səviyyədə hazırlaşmasına və bu idman növünün ölkədə daha da inkişafına imkan yaradır.
Daha çox foto burada: PhotoStock.az